...

Bakıda "Ləzginka" rəqs ansamblının 60 illiyinə həsr olunmuş konsert keçiriləcək (FOTO)

Mədəniyyət Materials 12 Fevral 2020 13:14 (UTC +04:00)
Aprelin 21-də Heydər Əliyev Sarayında "Ləzginka" - Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblının 60 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək.
Bakıda "Ləzginka" rəqs ansamblının 60 illiyinə həsr olunmuş konsert keçiriləcək (FOTO)

Bakı. Trend:

Aprelin 21-də Heydər Əliyev Sarayında "Ləzginka" - Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblının 60 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Yubiley konsert proqramında "Ləzginka" rəqs ansamblı ən unudulmaz rəqslərini təqdim edəcək.

Trend-in məlumatına görə, Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblı "Lezginka" - 1958-ci ildə təsis edilib. Ansambl dünyanın 70 ölkəsində çıxış edib və peşəkar kollektivlər arasında folklor rəqs üzrə 48 dünyaca məşhur festivalın qalibi olub.

Əfsanəvi ansamblın bənzərsiz və heyranedici çıxışları Almaniya, Belçika, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Amerika Birləşmiş Ştatları, Çin, Əfqanıstan, Fələstin, İordaniya, Meksika, Cənubi Koreya, Vyetnam, Yaponiya, Avstraliya və Yeni Zelandiyada tamaşaçıların alqışları ilə qarşılanıb.

Ansamblın Baş direktoru - Rusiyanın Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dostluq Ordeninin Kavaleri, Şərəf Ordeninin Kavaleri - Cambulat Maqomedov, Bədii rəhbəri - Rusiya Federasiyasının Əməkdar artisti, Rusiya Federasiyası Hökuməti mükafatı laureatı - Zəlimxan Xangereyevdir.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti