...

Azərbaycanın “Qarabağ xalça xəritəsi" hazırlanıb

Mədəniyyət Materials 4 Noyabr 2020 13:58 (UTC +04:00)
Azərbaycanın “Qarabağ xalça xəritəsi" hazırlanıb

Bakı. Trend:

Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri vardır.

Azərbaycan Milli Xalça Muzeyindən Trend-ə verilən məlumata görə, tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövgünü əks etdirmişlər.

Şanlı ordumuz torpaqlarımızı azad edərək​ Qarabağ​ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar.​

İndi isə Azərbaycanın “Qarabağ xalça xəritəsi”ni təqdim edirik. Xəritənin tamamlanmasını səbrsizliklə gözləyirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti