...

Rəqs üzrə Azərbaycan Kuboku keçirilib (FOTO)

Mədəniyyət Materials 15 Dekabr 2022 17:09 (UTC +04:00)
Rəqs üzrə Azərbaycan Kuboku keçirilib (FOTO)

Bakı. Trend:

“Sərhədçi” Mədəniyyət Mərkəzində Azərbaycan Rəqs Assosiasiyasının və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə rəqs üzrə Azərbaycan Kuboku keçirilib.

9 saat davam edən müsabiqə zamanı səhnədə 6 yaşdan 25 yaşadək, Azərbaycanın regionlarından etnik folklor, şou-dans, bollywood, hip-hop şou, çirlidinq və gimnastik rəqs nominasiyalarında çıxış ediblər.

"Öncə qalibləri,­ iştirakçıları və onların rəhbərlərini təbrik etmək istəyirəm. Bu, hamı üçün çox ­böyük və çətin iş idi. Qələbə işin əla görülməsinin ən yaxşı sübutudur! Biz isə­ öz növbəmizdə çalışırıq ki, yarışlara daha çox diqqət olsun. Gəncləri rəqslərə, sağlam rəqabət və mükəmməlliyi inkişaf etdirməyə maraqlandırmalıyıq. Ən gərgin mübarizə Folklo Stilizasiya rəqs növündə oldu. Ən parlaq rəqslər Göranboy şəhərindən “Cahid” rəqs ansamblı və Bakı şəhərindən “Alov” rəqs ansamblıları göstərdilər", - Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov deyir.

Həmçinin, Azərbaycan Gənclər İttifaqı münsiflərə iştirakçıları professional qiymətləndirdiklərinə görə minnətdarlığını bildirir. Əməkdar incəsənət xadimi Tahir Eynullayev, Ülviyyə Həsənova, Fərid İbrahimov, Fərhad Əliyev münsiflər heyətində iştirak etmişlər.

Əziz Əzizov yaxın gələcəyə olan planlardan danışdı. "Bizim növbəti tədbirimiz - gələn ilin yanvar ayının əvəlində Ümid incəsənət və Rəqs yarışının Rəşid Behbutov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Daha sonra bizim görəcəyimiz tədbir artıq yanvar ayının sonlarında Gəncə şəhərində keçiriləcək "Kəpəz Açıq Kuboku" yarışıdır".

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti