...

Bu il abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub

Mədəniyyət Materials 24 Noyabr 2023 16:34 (UTC +04:00)
Bu il abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il paytaxtda abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, cari il ərzində Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub. Nöqsanlardan bir qismi aparılan söhbətlər nəticəsində qısa zamanda həllini tapıb. Digər bir qismi Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində fasadlardan sökülərək nöqsanlar aradan qaldırılıb. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.

Bir daha bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştiraka səsləyirik.

Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti