...

Bakının bu hissəsində sabah içməli su olmayacaq

Gündəm Materials 16 May 2018 17:51 (UTC +04:00)
Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətləri şəbəkəyə birləşdirilir.
Bakının bu hissəsində sabah içməli su olmayacaq

Bakı. Trend:

Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sabah gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti