...

Alpinist Babur Hüseynov Astarada dəfn olunacaq, digərləri isə...

Gündəm Materials 17 May 2018 11:56 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvlərindən biri Hüseynov Babur Vaqif oğlu Astara rayonunda dəfn olunacaq.

Trend-in məlumatına görə, bu barədə B.Hüseynovun qohumu Cəlalə Nəzəroğlu bildirib.

B.Hüseynovun meyiti Bakıya gətirilsə də, dəfn üçün Astaraya aparılacaq.

Qeyd edək ki, Namin Nizami oğlu Bünyatzadənin meyiti Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Masallı rayonuna aparılıb.

Xatırladaq ki, 27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti