Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan yeganə ölkədir ki, burada qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı imzalanıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.
Onun sözlərinə görə, sonuncu əfv sərəncamı əsasında 634 nəfər əfv olunub. Onların 72-sinin adı ombudsman tərəfindən təqdim edilib:
"Biz hər ayın son günündə mütləq şəkildə Əfv Komissiyasına müəyyən siyahı təqdim edirik. Ümumilikdə ombudsman tərəfindən təqdim olunmuş siyahı əsasında 638 nəfər əfv olunub. Bu isə böyük bir kütlədir".