...

Bakıda 4 ölkənin nümayəndələri “Dəniz kuboku - 2018” müsabiqəsi ilə bağlı seminara qatılıb

Gündəm Materials 25 İyul 2018 18:05 (UTC +04:00)
“Dəniz kuboku - 2018” müsabiqəsinin hakimlərinin seminarı keçirilib.
Bakıda 4 ölkənin nümayəndələri “Dəniz kuboku - 2018” müsabiqəsi ilə bağlı seminara qatılıb

Bakı. Trend:

“Dəniz kuboku - 2018” müsabiqəsinin hakimlərinin seminarı keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə bütün iştirakçı ölkələrin nümayəndələri iştirak edib.

Müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, xüsusilə də mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə edib, hakimlərin səlahiyyətləri və vəzifələrini müəyyən ediblər.

Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti