...

Nazir müavini: Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi böyük bir sevincdir, qürurverici haldır

Gündəm Materials 7 Aprel 2019 13:06 (UTC +04:00)
Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi böyük bir sevincdir, qürurverici haldır.
Nazir müavini: Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi böyük bir sevincdir, qürurverici haldır

Bakı. Samir Əli, Əli Qasımov - Trend:

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi böyük bir sevincdir, qürurverici haldır.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında keçirilən velosiped yürüşü zamanı deyib.

Ötən gün Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəldiyini xatırladan nazir müavini bildirib ki, bu, böyük bir sevincdir, qürurverici haldır: "İlk növbədə, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xalqını nazirliyimizin kollektivi adından təbrik etmək istəyirəm. Azərbaycan əhalinin sayına görə dünya ölkələri 88-ci yerdə durur. Təbii artımın həddindən artıq zəif olduğu ölkələr var. Azərbaycanda isə təbii artım sürətli olduğuna görə gələcəkdə biz daha öncül yerlərdə qərarlaşacağıq. Belə bir deyim var: sağlam bədəndə sağlam ruh olar. Sağlam bədən də təbii ki, sağlam ətraf mühit olan yerdə formalaşır. Möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın hər bir yerində yaşıllaşdırma aksiyasına, ağacəkmə aksiyasına başlayıb".

F.Əliyev qeyd edib ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ting təsərrüfatında milyonlarla ting yetişdirilib, hər bir regionun xarakterinə, iqlim şəraitinə uyğun ağac növləri əkilir: "Ağdaş rayonunda nazirliyin 100 hektardan artıq bir ərazidə yüksək keyfiyyətli nar cinsindən ibarət böyük bir plantasiyası salınır, eləcə də meşə və qeyri-meşə fondu torpaqlarında müxtəlif müəssisələrlə, əməkdaşlarla, vətəndaşlarla birgə bu aksiya aprel ayında davam etdiriləcək. Fürsətdən istifadə edərək bütün vətəndaşlarımızı bu aksiyalara daha fəal şəkildə qoşulmağa çağırırıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq əsas məqsədimiz budur ki, vətəndaşlarımız sağlam ətraf mühitdə yaşasınlar. Çünki hər bir dövlətin prioritet sahələrindən biri də vətəndaşlarının sağlam olmasıdır. Nə qədər vətəndaş sağlamdırsa, təbii ki, ölkə də bir o qədər güclü, bir o qədər də vüqarlı olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti