...

Sumqayıtda hamamda 16 yaşlı qızın meyiti tapıldı

Gündəm Materials 9 Aprel 2019 19:28 (UTC +04:00)
Sumqayıtda yeniyetmə qız naməlum səbəbdən ölüb.
Sumqayıtda hamamda 16 yaşlı qızın meyiti tapıldı

Bakı. Samir Əli - Trend:

Sumqayıtda yeniyetmə qız naməlum səbəbdən ölüb.

Trend-in məlumatına görə, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Həsənova Ceyranxanım Ehtiram qızı yaşadığı fərdi yaşayış evinin hamamında ölü vəziyyətdə tapılıb.

Hüquq mühafizə orqanları əməkdaşları hadisə yeri və meyitə baxış keçirib, meyit daxili və xarici müayinə edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti