Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı İdarəetmə ve Texnologiya Kollecinin iki tələbəsi arasında dava baş verib.
Kollecdən Trend-ə verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava olub.
Nəticədə tələbə Q.Əsgərzadə dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.