...

Bakıda Pakistan vətəndaşının evini qarət etdilər

Gündəm Materials 8 İyul 2019 20:54 (UTC +04:00)
Bakıda əcnəbinin yaşadığı ev qarət olunub.
Bakıda Pakistan vətəndaşının evini qarət etdilər

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbinin yaşadığı ev qarət olunub. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İyunun 13-də iş qurmaq üçün Bakıya gələn, Pakistan vətəndaşı, Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 60-da kirayə yaşayan, 1971-ci il təvəllüdlü Khan Rabia Asjerkhan polisə müraciət edərək bildirib ki, iyulun 6-da saat 15:15-də yaşadığı evin qapısını açıq qoyaraq mətbəxə keçib. Qayıdandan sonra otaqda olan iki ədəd bahalı mobil telefonunun oğurlandığını görüb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti