...

Narkotik vasitələri və pisxotrop maddəni gizlədərək ölkəyə keçirməyə cəhd etdi

Gündəm Materials 30 Dekabr 2019 18:47 (UTC +04:00)
Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman özünü şübhəli apardığına görə saxlanılıb və sorğu sual olunub
Narkotik vasitələri və pisxotrop maddəni gizlədərək ölkəyə keçirməyə cəhd etdi

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçən zaman özünü şübhəli apardığına görə saxlanılıb və sorğu sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şifahi sorğu sual zamanı gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirilib.

Şəxsi yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin içəri sol qoltuq cibindən, gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd "Oksimetolon" adlıhəb və cins şalvarının bel kəməri bağlanan yerin astarının altından qara rəngli rezinlərə bükülərək yerləşdirilmiş 2,385 qram olannarkotik vasitə-heroin,3,881qram psixotrop maddə-metamfetamin, ümumilikdə 48 ədədüzərində "Z" nişanəsi olan metadon adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı",metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, oksimetolonisə "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti