...

Naxçıvan Qarnizonu qoşunlarında yeni tədris dövrü başlayıb (FOTO)

Gündəm Materials 3 Fevral 2020 21:16 (UTC +04:00)
Qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında həyəcan siqnalı ilə məşq etdirilib
Naxçıvan Qarnizonu qoşunlarında yeni tədris dövrü başlayıb (FOTO)

Baki. Trend:

Naxçıvan Qarnizonu qoşunlarında yeni tədris dövrü başlayıb. Qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında həyəcan siqnalı ilə məşq etdirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2020-ci tədris ilində qarşıda duran əsas məqsəd və vəzifə muxtar respublikanın müdafiəsinin daha etibarlı və tam zəmanətlə təmin edilməsi, Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı koordinasiyasıdır.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni tədris ilinin ilk taktiki-sıra məşğələlərinin keçirilməsinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti