...

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Gündəm Materials 15 Fevral 2020 16:53 (UTC +04:00)
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini E.Kərimov avtomobillə birgə saxlanılıb.
Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakı. Trend:

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini E.Kərimov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 13-də saat 22 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ.Tağızadəyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, ƏÇPA və 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov qeyd edilən avtomobillə birgə saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti