...

AAYDA: Heydər Əliyev prospektindəki təhlükə aradan qaldırıldı

Gündəm Materials 10 Mart 2020 15:11 (UTC +04:00)
Paytaxtın Heydər Əliyev prospektində körpüdən asılan dəmir boru maneədəki təhlükə aradan qaldırılıb.
AAYDA: Heydər Əliyev prospektindəki təhlükə aradan qaldırıldı

Bakı. Samir Əli - Trend:

Paytaxtın Heydər Əliyev prospektində körpüdən asılan dəmir boru maneədəki təhlükə aradan qaldırılıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hadisə yerinə agentlik əməkdaşları cəlb edilib və problem aradan qaldırılıb:

"Həmin dəmir borular ərazidən ona görə asılıb ki, ağır tonlu yük maşınları həmin ərazidən dönmə əməliyyatı aparmasın. Bəzi sürücülər isə özləri bilərəkdən dəmir borunun asqısını qıraraq borunu oradan götürməklə həmin ərazidən keçməyə cəhd edir. Dəmir asqını da elə həmin sürücülər qırıblar. Agentlik əməkdaşları həmin asqını yenidən bərpa ediblər. Hazırda ərazidə heç bir təhlükə yoxdur".

Xatırladaq ki, adı çəkilən ərazidə iri tonlu yük maşınlarının dönmə əməliyyatı aparmaması üçün körpüdən iki dəmir boru asılıb. Borulardan birinin asqısı isə qırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti