...

Daha 350 nəfər Gürcüstandan Azərbaycana təxliyə edilir

Gündəm Materials 14 Sentyabr 2020 09:24 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Xarici ölkələrdəki Azərbaycan vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir.

Trend-in məlumatına görə, bu gün Gürcüstandan daha 350 nəfərin ölkəyə gətirilməsinə başlanıb. Onlardan 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiytə, 1 nəfəri isə Ukrayna vətəndaşıdır.

Təxliyyə olunanlar artıq Gürcüstanda koronavirusa qarşı testlərdən keçiblər. COVİD-19 virusu aşkarlanmayan şəxslərə 48 saat müddətində qüvvədə olacaq arayışlar verilib. Həmin şəxslər Azərbaycanın Gürcüstandakı Səfirliyinin qarşısından xüsusi marşrutlarla "Qırmızı keçid" Sərhəd Keçid Məntəqəsinə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti