Bakı. İlhamə İsabalayeva - Trend:
İnsanların COVİD-19-un müalicəsi üçün həkim təyinatı olmadan antibiotiklərdən sərbəst şəkildə istifadə etməsi yolverilməzdir.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, insanların bütün hallarda antibiotikləri apteklərdən özbaşına alması düzgün deyil:
“Pandemiya bitəcək, amma istifadə edilən bu ağır dərmanların fəsadları qalacaq. Hələki koronavirusun müalicəsi üçün dərman vasitəsi yoxdur. Həkimlərin məsləhət bildiyi dərmanlar sadəcə ağrıları azaltmaq üçündür”.