...

Koronavirusa yoluxan Trend-in baş redaktorunun müalicəsi intensiv davam etdirilir

Gündəm Materials 23 Dekabr 2020 12:41 (UTC +04:00)
Koronavirusa yoluxan Trend-in baş redaktorunun müalicəsi intensiv davam etdirilir

Bakı. Samir Əli - Trend:

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Trend-ə baş redaktorun müalicə olunduğu klinikadan məlumat verilib. Bildirilib ki, R. Hafizoğlu süni nəfəs aparatına qoşulub: "Vəziyyəti stabil ağır olaraq qalır, saturasiyası az olmaqda davam edir. Hazırda saturasiyası 60 faiz oksigenlə 91 faizdir. Bugün hərarəti olmayıb, təzyiqi normaldır. Əsas problem hazırda ciyərlərinin çalışmamasıdır. Müalicəsi intensiv davam etdirilir".

Xatırladaq ki, Rufiz Hafizoğlu bir-neçə gün əvvəl koronavirus infeksiyasına yoluxub. Vəziyyəti ağır olan baş redaktor "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti