...

Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi

Gündəm Materials 12 Fevral 2021 18:57 (UTC +04:00)

Bakı. Alpər Ziya - Trend:

Nigeriya sahillərində dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edilib.

Trend xəbər verir ki, bu barədə Boden Dənizçilik şirkətinin baş direktoru Levent Karsan məlumat verib.

Onun sözlərinə görə, dənizçilərin vəziyyəti yaxşıdır və hazırda Nigeriyadadırlar. 1-2 gün ərzində Türkiyəyə gətiriləcəklər.

Xatırladaq ki, ötən ayın sonları Qvineya körfəzində "Mozart" gəmisi dəniz quldurları tərəfindən qaçırılıb. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Siyəzən rayonunda dəfn edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti