...

Bu səlahiyyətlərin Səhiyyə Nazirliyindən TƏBİB-ə verilməsi təklif olunur

Gündəm Materials 7 Aprel 2021 14:20 (UTC +04:00)
Bu səlahiyyətlərin Səhiyyə Nazirliyindən TƏBİB-ə verilməsi təklif olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Səhiyyə Nazirliyinə aid olan bir sıra səlahiyyətlərin TƏBİB-ə verilməsi təklif olunur.

Trend-in məlumatına görə, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti