...

Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək

Gündəm Materials 20 Aprel 2021 16:46 (UTC +04:00)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək

Bakı. Samir Əli - Trend:

Azərbaycanda bəzi göllərin çirkli olmasının səbəbi tullantı sularının düzgün idarə olunmamasıdır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, təkcə Abşeron yarımadasında irili-xırdalı, quruyan və mövcud olan 800-dən çox göl və gölməçə var: “Bütün ərazilərdə yenidən monitorinq aparılıb, ilkin qiymətləndirmə hazırlanıb. Əsas məqsədimiz bu gölləri təmizləmək üçün sahibkarları, bu sahəyə marağı olan iş adamlarını həmin ərazilərdə müvafiq infrastruktur sahələrinin yaradılmasına cəlb etmək və proqramda nəzərdə tutulan göllərin təmizlənməsini həyata keçirməkdir. Hesab edirəm ki, yaxın zamanda göllərin təmizlənməsi işlərinin şahidi olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti