...

Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı

Gündəm Materials 21 Aprel 2021 09:51 (UTC +04:00)
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti