Bakı. Trend:
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı ilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların fəaliyyəti daim diqqət mərkəzində saxlanılır və qiymətləndirilir.
Cavanşir Quliyev ölkəmizin türk dünyasında tanıdılması və mədəniyyətlərarası körpülərin qurulmasındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
C.Quliyev fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb.