...

Bakıda 17 toy məclisində monitorinq keçirildi, 33 nəfər məclisə buraxılmadı

Gündəm Materials 17 Avqust 2021 09:35 (UTC +04:00)
Bakıda 17 toy məclisində monitorinq keçirildi, 33 nəfər məclisə buraxılmadı

Bakı. Samir Əli - Trend:

Avqustun 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 33 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti