...

Prokuror yarım milyon manat dələduzluqda təqsirləndirilən sabiq hakimə 9 il cəza istəyib

Gündəm Materials 29 Sentyabr 2021 15:22 (UTC +04:00)
Prokuror yarım milyon manat dələduzluqda təqsirləndirilən sabiq hakimə 9 il cəza istəyib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq məhkəmə hakimi Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı L.Nəbiyevin 9 il azadlıqdan məhrum edilməsini və barəsində səçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi işləmiş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.

İttihama görə, L.Nəbiyev işə düzəltmək adı ilə vətəndaşlardan 100 min manatdan artıq vəsait alaraq dələduzluq yolu ilə ələ keçirib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır.

Xatırladaq ki, cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə aidiyyətlə bağlı məsələyə baxaraq işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti