...

Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)

Gündəm Materials 16 Oktyabr 2021 15:32 (UTC +04:00)
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

16 oktyabr 2021-ci il tarixində Pirallahı rayonunda 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun il mərasimi keçirilib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, millət vəkili Rauf Əliyevin, RİH başçısı aparatının əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə əklillər qoyulub, çiçəklər düzülüb və dualar oxunub. Daha sonra şəhidimizin keçdiyi döyüş yolundan danışılaraq vurğulanıb ki, hər bir şəhidimizin həyat yolu, vətənpərvərliyi, şücaəti gənc nəslin tərbiyəsində bir nümunədir.

Tədbir zamanı rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri vətənpərvərlik şeirləri ilə çıxış ediblər.

Tədbirin sonunda rayon rəsmiləri və ictimaiyyət nümayəndələri keçirilən il mərasiminə qatılaraq ailə üzvlərinə baş sağlığı verib. RİH başçısı Vasif İmanov və millət vəkili Rauf Əliyev ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb, onların daim diqqət mərkəzində saxlanılacağını ifadə edib. Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab Ilham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti