...

"Instagram"da yeni funksiya əlavə olunub

Gündəm Materials 27 Oktyabr 2021 21:50 (UTC +04:00)
"Instagram"da yeni funksiya əlavə olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

"Instagram"da linklərin stikerləri sosial şəbəkənin bütün istifadəçiləri üçün əlçatan olacaq.

Trend-in məlumatına görə, bu barədə "The Verge" xəbər portalı bildirib.

Platformanın administrasiyası qeyd edib ki, yeni funksiya həm adi istifadəçilər, həm də böyük şirkətlər və ya bloggerlər üçün faydalı olacaq.

Hekayəyə ("story") link əlavə etmək üçün ekranın yuxarısındakı “stikerlər” menyusuna daxil olub, müvafiq düyməni seçmək və səhifənin ünvanını daxil etmək lazımdır.

"Instagram" administrasiyası vurğuladı ki, funksiya yalnız hekayələr üçün nəzərdə tutulub və şirkət bu funksiyanı əsas lentə əlavə etməyi planlaşdırmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti