...

TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqləyib

Gündəm Materials 10 Noyabr 2021 21:30 (UTC +04:00)
TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqləyib

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisi (parlament) Türkiyə ordusunun Azərbaycanda qalma mandatının uzadılmasını təsdiq edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə TBMM-də müzakirə olunub və təsdiqlənib.

Məlumata əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha 1 il uzadılıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti