...

Xocavənddəki qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - 11-i Türkiyə vətəndaşıdır (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 7 Fevral 2022 10:57 (UTC +04:00)
Xocavənddəki qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - 11-i Türkiyə vətəndaşıdır (ƏLAVƏ OLUNUB)

Füzuli . Trend:

Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.

XXX
Saat 10.04

Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 işçi Bakıya gətirilib.

Trend-in yerli bürosunun məlumatına görə, müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Qeyd edək ki, axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocavənd rayonu ərazisində baş verib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti