...

Ukraynada həbs edilərək Azərbaycana ekstradisiya edilən şəxsin məhkəməsi başlayır

Gündəm Materials 16 Fevral 2022 17:13 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ukraynada tutlaraq Azərbaycana gətirilən şəxsin məhkəməsi başlayır.

Trend-in əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini Cabarov Seymur İbrahim oğlunun barəsində başlanmış cinayət işi Gəncə şəhər Nizamir rayon Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmə prosesinə hakim Gündüz Şirinov sədrlik edəcək. İş üzrə məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Cinayət işi üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

S. Cabarov Cinayət Məcəlləsinin 178.2.2-ci(təkrar dələduzluq) maddəsində ittiham olunur.

Xatırladaq ki, Gəncə şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cabbarov Seymur İbrahim oğlunun – öz qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Seymur Cabbarov tutularaq 02.11.2021-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti