...

Türkiyəli və azərbaycanlı alpinistlər İlandağın zirvəsində Xocalı faciəsinin qurbanlarını anıb (FOTO)

Gündəm Materials 22 Fevral 2022 14:14 (UTC +04:00)
Türkiyəli və azərbaycanlı alpinistlər İlandağın zirvəsində Xocalı faciəsinin qurbanlarını anıb (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Bir qrup türkiyəli və azərbaycanlı alpinist Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasındakı İlandağa dırmanıb.

Trend-in məlumatına görə, tədbir Azərbaycanın Qarsdakı baş konsulluğu, "Zirvə" alpinizm və təbiət idman növləri klubu tərəfindən təşkil edilib.

Qeyd olunur ki, Türkiyədən olan 24 alpinist Naxçıvan MR-a gələrək 7 azərbaycanlı ilə birgə İlandağı fəth edib.

Alpinistlər zirvəni fəth etdikdən sonra anım mərasimi keçirilib.

İlandağa dırmanma 7 saata yaxın davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti