...

"ADEX 2022" sərgisində azərbaycanlı startapçılar öz layihələrini təqdim edir (FOTO)

Gündəm Materials 7 Sentyabr 2022 10:34 (UTC +04:00)
"ADEX 2022" sərgisində azərbaycanlı startapçılar öz layihələrini təqdim edir (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində azərbaycanlı startapçılar öz layihələrini təqdim edir.

Trend-in məlumatına görə, yerli mütəxəssislər 15-dən çox layihə nümayiş etdirib.

Bu layihələr arasında havadan yanğınsöndürmə, quruda və suda xilasetmə texnologiyaları, kəşfiyyat texnologiyaları və digər layihələr yer alır.

Qeyd edək ki, ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti