...

Azərbaycan "ADEX 2022"də səyyar pilotsuz müşahidə kompleksini təqdim edib (FOTO)

Gündəm Materials 7 Sentyabr 2022 14:39 (UTC +04:00)
Azərbaycan "ADEX 2022"də səyyar pilotsuz müşahidə kompleksini təqdim edib (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində "Bayquş" səyyar pilotsuz kompleksi təqdim edib.

Trend-in məlumatına görə, kompleks "Gürzə" döyüş maşınında quraşdırılıb.

Operativ-taktiki pilotsuz kompleks Müdafiə Sənayesi Nazirliyi və "Deftech" özəl şirkəti tərəfindən yaradılıb.

Bu sistem 24 saat boyunca 100 metr məsafədə kəşfiyyat əməliyyatı aparmağa qadirdir. Dron 30-40 kvadrat kilometr məsafədə daim nəzarət edə bilər.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti