...

Ombudsman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib

Gündəm Materials 14 Sentyabr 2022 00:19 (UTC +04:00)
Ombudsman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Ombudsmanın öz "Facebook" səhifəsində yazılıb.

"Ermənistanın törətdiyi növbəti genişmiqyaslı hərbi təxribatın qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olmuşdur. Allahdan şəhidlərimizə rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti