...

KİV öz fəaliyyəti ilə müstəqil dövlətlərin suverenliyinə təhlükə törətməməlidir - OANA bəyannaməsi

Gündəm Materials 25 Oktyabr 2022 16:57 (UTC +04:00)
KİV öz fəaliyyəti ilə müstəqil dövlətlərin suverenliyinə təhlükə törətməməlidir - OANA bəyannaməsi

Bakı. Trend:

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) peşəkar KİV-in fəaliyyətinin bütün dünyada müstəqil dövlətlərin milli suverenliyinə təhlükə törətməməli olduğunu təsdiqləyib.

Trend bazar ertəsi xəbər verir ki, bu barədə OANA-nın oktyabrın 24-də fəaliyyətə başlayan 18-ci Baş Assambleyasının Tehranda qəbul etdiyi bəyannamədə deyilir.

"COVID-19 pandemiyası xəbərlərin ənənəvi işıqlandırılmasına və nəşrinə bəzi məhdudiyyətlər qoysa da, KİV təşkilatları öz auditoriyalarının ehtiyaclarına uyğun reaksiya vermək üçün yeni strategiyalar hazırlayıb və müasir texnologiyalardan istifadə ediblər. Təşkilatın üzv agentlikləri yeni şəraitdən və inkişafdan geri qalmamaq üçün OANA çərçivəsində təcrübə mübadiləsini davam etdirəcəklər. OANA üzv agentlikləri həm üzbəüz görüşlər zamanı, həm də virtual təmaslar vasitəsilə qəbul edilən və ediləcək qərarlarla təşkilatın nizamnaməsinə və məqsədlərinə nail olmalarına sadiqliyini təsdiq edirlər", - bəyannamədə deyilir.

Qeyd olunub ki, OANA üzvləri saxta xəbərlərlə mübarizə, məlumat və xəbər məhsullarına etimadın artırılmas məqsədilə xəbər agentlikləri arasında əməkdaşlığı təşviq edəcəklər.

"Öz auditoriyalarının dəqiq məlumat əldə etmək hüququnu tanıyan OANA üzvləri təsdiqləyirlər ki, onlar siyasi görüşlərin real hadisələrlə bağlı öz peşə borclarına mane olmasına imkan verməyəcəklər. Ölkələrə qarşı tətbiq edilən iqtisadi sanksiyalar xəbər agentliklərinin normal fəaliyyətinə mənfi təsir göstərdiyi və media qurumları arasında əməkdaşlığa maneə yaratığı üçün OANA üzv agentlikləri bu maneələri dəf etməyə çalışacaqlar.Üzv agentliklər ölkələrin milli suverenliyi və ərazi bütövlüyü kimi beynəlxalq norma və prinsipləri tanımaqla yanaşı, peşəkar medianın fəaliyyətinin bütün dünyada müstəqil dövlətlərin milli suverenliyinə təhlükə törətməməli olduğunu vurğulayırlar”, - sənəddə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti