...

Elnur Əliyev barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçilib, istintaq davam edir

Gündəm Materials 4 Noyabr 2022 12:22 (UTC +04:00)
Elnur Əliyev barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçilib, istintaq davam edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Mədəniyyət nazirinin keçmiş birinici müavini Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Trend-in əldə etdiyi məlumata görə, E.Əliyev barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçilib, istintaq davam edir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar.

Dünən isə Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Elnur Əliyev dünən tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

Xəbər lenti