...

Azərbaycanda bank dələduzluğunun növbəti üsulu aşkarlanıb - Xəbərdarlıq

Gündəm Materials 8 Dekabr 2022 11:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank xidmətlərinin göstərilməsi sahəsində dələduzluq hallarına qarşı mübarizə tədbirlərini və bu sahədə ictimaiyyətin daimi əsasda məlumatlandırılmasını diqqət mərkəzində saxlamaqdadır.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, ABA nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu tərəfindən aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, bank müştərilərinə aid məlumatlar dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək müxtəlif formalarda faydalanılır.

Belə ki, dələduzlar tərəfindən bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər olunur. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Banklar Assosiasiyası bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.

Bu növ dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal müştərisi olduğunuz bankla əlaqə saxlamağınızı xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti