...

Rezidenturaya aid sənədə yenidən baxılsın - Təklif

Gündəm Materials 16 Dekabr 2022 11:35 (UTC +04:00)

Bakı. Trend:

Ölkədə başlayan sosial layihələr uğurla inkişaf edir. Bunların arasında ən vacibi səhiyyə islahatlarıdır. Belə ki, ölkədə həkimlər tibb fakültəsinə yüksək balla qəbul olduqdan sonra rezidentura üçün xarici ölkələrə üz tutur. Bu ölkə kapitalı üçün ciddi təhlükə yaradır və yaxşı hal deyil. Ölkələr öz insan kapitalını qorumaq üçün buna heç yaxşı baxmır.

Trend-in məlumatına görə, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, rezidenturaya qəbul olmuş həkimlər xaricə üz tutur.

"Çünki onlar burada həyatını 300 manata yaxın maaşla davam etdirir. Əvvəllər insan kapitalı dedikə dövlətlərin investisiyası nəzərdə tutulurdu. Bu gün isə fərqlidir. Mən düşünürəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən rezidenturaya aid sənədə yenidən baxılsın", - deyə R.Mahmudov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti