Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.
Sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apelyasiya komissiyası da fəaliyyət göstərir.
Qeyd edək ki, 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası 01 fevral 2023-cü il tarixində yekunlaşacaqdır.