...

Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etmək böyük şərəfdir - Britaniyalı səyyah

Gündəm Materials 4 Fevral 2023 19:26 (UTC +04:00)
Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etmək böyük şərəfdir - Britaniyalı səyyah

Şuşa. Trend:

Qarabağ bölgəsi təkcə təbii gözəlliyi ilə deyil, həm də burada yolların, tarixi abidələrin necə sürətlə bərpa olunduğu ilə məni heyran etdi.

Bunu şənbə günü Trend-ə britaniyalı səyyah Mark Qodisson deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərə səfər etmək böyük şərəfdir.

"İndi biz Şuşada Cıdır düzündəyik. Artıq bu düzənlik haqqında çox eşitmişəm, amma bu gün gördüklərim bütün gözləntilərimi üstələyib", - deyə o əlavə edib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan bu regionun inkişafına çoxlu səylər və investisiyalar yatırır.

"Füzuli hava limanını belə qısa müddətdə necə tikdiyinizi gördükcə, tam əminliklə deyə bilərəm ki, biz 5 ildən az müddətdə bura qayıdanda burada hər şey bərpa olunacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində beynəlxalq səyahətçilər bu gün Xocavənddə Azıx mağarasında olub, Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu mərkəzi meydanda şəkillər çəkdiriblər.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti