...

Telekanal operatorları və texniki işçilər media reyestrində qeydiyyatdan kənarda qalacaq - Əhməd İsmayılov

Gündəm Materials 6 Fevral 2023 16:01 (UTC +04:00)
Telekanal operatorları və texniki işçilər media reyestrində qeydiyyatdan kənarda qalacaq - Əhməd İsmayılov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Telekanallarda operator və digər texniki işçilər media reyestrində jurnalist kimi qeydiyyata alınmır.

Trend-in məlumatına görə, bunu bu gün Mətbuat Şurasının toplantısında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, həmin şəxslərin jurnalist kimi qeydiyyata alınması düzgün deyil: "Qanunda yazılıb ki, media təmsilçisi başqadır, jurnalist başqa. Məsələn, televiziyalarda operator vəzifəsində işləyənlər media təmsilçisi ola bilər. Amma onlar jurnalist deyillər. Televiziya jurnalistlərinin sujet hazırlamasında onların da rolu var. Amma bu, jurnalist olmaq deyil. Ona görə də həmin şəxslər jurnalist kimi qeydiyyata alınmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti