...

İş yerində fərdi məlumatlarınızı necə qoruya bilərsiniz?

Gündəm Materials 8 Avqust 2023 11:48 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Elektron Təhlükəsizlik Xidməti iş yerində fərdi məlumatları qorumaq üçün bəzi məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edib.

Trend xəbər verir ki, Xidmətin yaydığı məlumatda deyilir:

1) İş masanızdan ayrılarkən cihazlarınızın ekranını klidləyin;

2) Ehtiyacınız olmayan və fərdi məlumat ehtiva edən kağız sənədləri məhv edərkən onları oxunmayacaq şəkildə kiçik hissələrə ayırın;

3) E-poçt və ya faylları açarkən diqqətli olun. Şübhəli hal olduqda bu barədə qurumun müvafiq şöbəsinə məlumat verin;

4) Yalnız öncədən müəyyən edilmiş məqsəd üçün zəruri olan fərdi məlumatları toplayın;

5) Topladığınız və işlədiyiniz fərdi məlumatları mütəmadi olaraq yeniləyin;

6) Fərdi məlumatlarla bağlı hər hansı insident və ya hüquq pozuntusu baş verdikdə bu barədə rəhbərinizə məlumat verin;

7) İş zamanı istifadə etdiyiniz cihazları etibarlı şifrə ilə qoruyun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti