...

Qəzada və mina terroru nəticəsində həlak olan polislərimizin FOTOSU

Gündəm Materials 19 Sentyabr 2023 13:05 (UTC +04:00)
Qəzada və mina terroru nəticəsində həlak olan  polislərimizin FOTOSU
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Daxili İşlər Nazirliyi əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən terror hadisəsi baş verib.

Trend xəbər verir ki, eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində - Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.

Bununla yanaşı, sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin törətdiyi mina terroru nəticəsində, eləcə də, Füzuli ərazisində qəzada həlak olan polislərimizin fotosunu təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti