...

Dövlət tərəfindən idman və medianın diqqətdə saxlanılması bizi xüsusilə sevindirir - İkiqat dünya çempionu

Gündəm Materials 26 Sentyabr 2023 16:39 (UTC +04:00)
Dövlət tərəfindən idman və medianın diqqətdə saxlanılması bizi xüsusilə sevindirir - İkiqat dünya çempionu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sevindirici haldır ki, Azərbaycanda yeni media resursu fəaliyyətə başlayır. Dövlət tərəfindən idman və medianın diqqətdə saxlanılması bizi xüsusilə sevindirir.

Trend xəbər verir ki, bunu güləş üzrə ikiqat dünya çempionu Rafiq Hüseynov Trend BİA-nın İdman və biz (idman.biz) layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

"İdmançılar olaraq biz sevinirik ki, dəqiq və qərəssiz media resursu olan Trend BİA bu layihənin təşəbbüskarıdır. İdman və biz (idman.biz) kimi layihələr nə qədər çox olsa, biz idmançıların uğurlarının dəqiq və qərəzsiz işıqlandırlması da çox olar

Bu hal bizi çox sevindirir. Müsair dövrdə sosial şəbəkələrdə, informasiya resurslarında olan çatışmazlıqlara baxmayaraq belə media resursunun fəaliyyətə başlaması, əminəm ki, gənclərimizi, idmançılarımızı doğru yola istiqamətnləndirəcək", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Trend BİA-nın İdman və biz (idman.biz) layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti. Çingiz Hüseynzadə, Trend BİA-nın direktoru İlqar Hüseynov digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, İdman.biz saytında bütün idman növləri haqqında məlumat veriləcək. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Unikal texniki imkanlarımız, peşəkar mütəxəssislərimiz və komandamız vasitəsilə xəbərlərimiz eyni vaxtda hər üç dildə yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti