...

Mahmud Abbas Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyib

Gündəm Materials 29 Mart 2024 03:44 (UTC +04:00)
Mahmud Abbas Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstin prezidenti Mahmud Abbas bölgədə sülh və təhlükəsizliyə nail olmaq üçün ölkəsinin BMT-yə tamhüquqlu üzvlüyünün verilməsinin vacibliyinə diqqət çəkib.

Trend-in məlumatına görə, bu barədə M.Abbas Belçika xarici işlər naziri Hadja Labib ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, sülh və təhlükəsizlik yalnız Fələstin Dövlətinin BMT-yə tamhüquqlu üzvlüyünün verilməsi, İsrail ordusunun paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin ərazisindən 4 iyun 1967-ci il sərhədlərinə tamamilə çıxarılması ilə əldə edilə bilər.

O, bir daha bildirib ki, “Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz hissəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti