...

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi keçiriləcək

Gündəm Materials 12 Fevral 2025 16:33 (UTC +04:00)
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti