...

Gəncə şəhər sakini yaşadığı mənzili yandırıb

Hadisə Materials 20 Mart 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Gəncə , 20mart/ Trend , müxbir V. Məmmədov/ Gəncənin Avtozavod qəsəbəsi ev 8, mənzil26 da yaşayan Pirverdiyev Nurxan çərşənbə günü saat 20.00 radələrində yaşadığı mənzildə yanğın törədib. Nizami rayon Yanğından Mühafizə şöbəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı vaxtında alınıb. Hadisə nəticəsində evin bir otağının tavanı və döşəməsi yanaraq sıradan çıxıb.

Gəncə Dövlət Yanğından Təhlükəsizlik Xidmətindən Trend un bölgə muxbirinə verilən məlumata görə, Pirverdiyev özünə məxsus əşyaları və yorğan - döşəyi evin ortasına yığaraq, yandırıb. O,yanğın törətməsinin səbəbini valideynlərinin onun xarici ölkəyə getməsinə icazə verməməsi ilə izah edib.

Xəbər lenti

Xəbər lenti