...

Qırğızıstanın rəsmi strukturları Bişkekdə qəzaya uğrayan "Boinq"də Azərbaycan vətəndaşlarının yer alması barədə məlumata malik deyil

Hadisə Materials 25 Avqust 2008 03:18 (UTC +04:00)
Qırğızıstanın rəsmi strukturları Bişkekdə qəzaya uğrayan "Boinq"də Azərbaycan vətəndaşlarının yer alması barədə məlumata malik deyil

Qırğızıstan, Bişkek, 25 avqust / Trend müxbir R.Məşədihəsənli/ Qırğızıstanda qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində yer alan 90 nəfərdən 22-si sağ qalıb. Bu barədə Trend -un müxbirinə respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Yelena Bayalinova məlumat verib.

Qırğızıstanın "İtek Air" aviaşirkətinə məxsus və İranın "Asiman" şirkəti tərəfindən icarəyə götürülən "Boinq-737" tipli təyyarə yerli vaxtla saat 20.30-da Bişkek-Tehran reysi ilə uçuşa başlayıb. Lakin qəza nəticəsində uçuşu davam etdirmək mümkün olmayıb və təyyarə "Manas" hava limanından iki kilometr aralığında, Cangi-Cer kəndi yaxınlığında yerə düşüb və tamamilə yanıb. İlkin məlumata əsasən təyyarənin göyərtəsində 90 sərnişin (onlardan 51 xarici vətəndaş) və ekipaj üzvləri olub.

Trend -un xəbərinə görə, Azərbaycan və Türkiyə vətəndaşlarının həmin reyslə uçub-uçmadığı haqda hələlik bilgi yoxdur. Azərbaycanın və Türkiyənin Qırğızıstandakı səfirlikləri sərnişinlərin siyahılarını avqustun 25-də səhər saatlarından tez əldə edə bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti