Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Əzizbəyov rayonunda yerləşən hərbi təlim-sınaq məntəqəsində qumbaraatan mərminin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, oktyabrın 19-da saat 13.50 radələrində Əzizbəyov rayonundakı Şimali DRES qəsəbəsindəki istifadə edilməyən hərbi təlim-sınaq məntəqəsində Dübəndi qəsəbə sakinləri Fikrət Mehdiyev və Azər Bəşirov qoyun otararkən tapdıqları qumbaraatan mərmi ilə ehtiyatsız davrandıqlarından partlayış baş verib. Nəticədə Bəşirov hadisə yerində ölüb, xəsarət alan Mehdiyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]